satellite   Azerspace-1: 11135 H 30000

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu başlayıb

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu başlayıb

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.

NTV xəbər verir ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi sentyabrın 1-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsilli, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM