Naxçıvan Muxtar Respublikası əhalisinin 50,1 faizini qadınlar təşkil edir.
NTV xəbər verir ki, bu sözləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən “Dayanıqlı inkişafda qadınların rolu” mövzusunda tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib.
Komitə sədrinin sözlərinə görə, təhsil sahəsində işləyənlərin 70, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanların 80, istirahət, əyləncə və incəsənət sahəsində çalışanların isə 62 faizi qadınlardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 36 faizini qadınlar təşkil edir. Eyni zamanda, muxtar respublikadan bir qadın deputat Azərbaycan Respublikası Milli Məclisinə seçilib. Hazırda 182 qadın bələdiyyə üzvüdür.
