satellite   Azerspace-1: 11135 H 30000

Abituriyentlərin nəzərinə: Azərbaycan dili imtahanına qeydiyyat bu gün başa çatır

Abituriyentlərin nəzərinə: Azərbaycan dili imtahanına qeydiyyat bu gün başa çatır

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 3-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər iyunun 2-si saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər.

Dövlət İmtahan Mərkəzindən NTV-yə  bildirilib ki, abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 21-də keçiriləcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM