satellite   Azerspace-1: 11135 H 30000

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlara qeydiyyat başlanıb

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlara qeydiyyat başlanıb

İyunun 18-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə imtahanlarda iştirak etmək üçün qeydiyyat başlanır.

DİM-dən NTV-yə bildirilb ki, qeydiyyat iyunun 29-dək davam edəcək. İmtahanlar təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə aparılacaq.

Abituriyentlər istiqamətlərdən yalnız birinin Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə qeydiyyatdan keçə bilərlər. İstiqamətlər üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları artıq nəşr olunub. Ümumi (9 illik) orta təhsil bazasında Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün də qeydiyyat iyunun 18-29-da aparılacaq.

Qeyd edək ki, “Abituriyent” jurnalının xüsusi buraxılışlarında qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.

Vəsaitləri DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.

Vəsaitlərin elektron versiyasını www.abiturient.az saytında əldə etmək olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM