satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Naxçıvanda MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb.

NTV xəbər verir ki, 14–18 iyul tarixlərində təşkil olunan test imtahanlarında Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 1021 namizəd iştirak edib.

Müsabiqənin növbəti mərhələsi barədə məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, test imtahanlarına ölkə üzrə ümumilikdə 33709 namizəd dəvət olunub. Test imtahanı mərhələsi üzrə davamiyyət göstəricisi 96 % təşkil edib. Test imtahanının son günü üzrə apellyasiya müraciətlərinin qəbulu 19 iyul saat 12:00-dan etibarən başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM