satellite   Azerspace-1: 11135 H 30000

Lisey və gimnaziyalara qəbul üzrə seçimlərin nəticələri açıqlanıb

Lisey və gimnaziyalara qəbul üzrə seçimlərin nəticələri açıqlanıb

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.

Bu barədə NTV-yə Təhsil İnstitundan məlumat verilib. Bildirilib ki, şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasının “İmtahanlar” bölməsində yerləşən “Lisey seçimi” altbölməsi vasitəsilə tanış ola bilərlər.

Qeyd olunub ki, lisey və gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulu avqust ayının ilk yarısında həyata keçiriləcək.

Yerdəyişmə sistemi aktivləşdirildikdən sonra qəbul olunan şagirdlər üçün elektron sistem üzərindən avtomatik sorğular yaradılacaq. Şagirdlər və valideynlər şəxsi kabinetlərindəki “Sorğularım” bölməsi vasitəsilə həmin sorğuların icra vəziyyətini və mərhələlərini izləyə biləcəklər.

Həmçinin lisey və gimnaziyalar üzrə keçid balları ilə buradan tanış olmaq mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM