satellite   Azerspace-1: 11135 H 30000

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimini elan edib.

DİM-dən NTV-yə bildirilib ki, bakalavrlar iyulun 20-dən 26-dək (saat 23:59-dək) magistraturaya qəbul üzrə ixtisaslaşma seçimində iştirak etmək üçün DİM-in elektron xidmətlər portalında “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ni doldurmalı və təsdiq etməlidirlər.

İxtisaslaşma seçimində magistraturaya fevral 15-də, mayın 17-də və iyunun 14-də keçirilmiş qəbul imtahanlarının (bəzi proqramlar üzrə, həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak edə bilərlər.

Namizədlər ixtisaslaşma seçimində imtahanın istənilən cəhdində əldə etdikləri nəticə əsasında iştirak edə bilərlər. Bir neçə imtahan nəticəsi olan və müsabiqə şərtlərini ödəyən bakalavrlar isə iştirak üçün istədikləri nəticəni seçmək hüququna malikdirlər.

Qaydalara əsasən, hər bir bakalavr maksimum 20-dək ixtisaslaşma kodu seçə bilər. Seçilən ixtisaslaşmalar namizədin bitirdiyi bakalavr ixtisasına, həmçinin bəzi ixtisaslaşmalar üzrə müəyyən edilmiş xarici dil tələblərinə uyğun olmalıdır.

Qeyd edək ki, ixtisaslaşmaların seçimi “Magistr” jurnalının 2026-cı il üçün nəşr olunmuş 3-cü sayında dərc edilmiş seçim cədvəlinə uyğun həyata keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM