satellite   Azerspace-1: 11135 H 30000

Qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası iyulun 23-də fəaliyyət göstərəcək

Qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası iyulun 23-də fəaliyyət göstərəcək

Təsviri sənət istiqaməti üzrə 10 (rəngkarlıq), 11 (qrafika) və 12-ci (heykəltaraşlıq) qabiliyyət imtahanı komissiyaları üzrə II imtahanların nəticələri ilə bağlı abituriyentlərin müraciətlərinə baxılacaq.

Bu barədə NTV-yə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Rəssamlıq Akademiyasında iyulun 21-23-də keçiriləcək qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyasının iclası iyulun 23-də təşkil olunacaq.

Apellyasiya komissiyası saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Nəticələrdən narazı qalan abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən müraciət edərək ərizə yazmalıdırlar. Müraciətlərə yerində baxılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM