satellite   Azerspace-1: 11135 H 30000

Qazıntılar zamanı yüzlərlə yeni qəbir abidəsi müəyyən edilib - FOTOLAR

Qazıntılar zamanı yüzlərlə yeni qəbir abidəsi müəyyən edilib<font color=red> - FOTOLAR</font> Qazıntılar zamanı yüzlərlə yeni qəbir abidəsi müəyyən edilib<font color=red> - FOTOLAR</font> Qazıntılar zamanı yüzlərlə yeni qəbir abidəsi müəyyən edilib<font color=red> - FOTOLAR</font>

Gədəbəy rayonunun Xarxar kəndində yerləşən eyniadlı nekropolda aparılan arxeoloji qazıntılar zamanı mühüm elmi nəticələr əldə edilib. Nekropolun ərazisi sistemli şəkildə öyrənilib, 500-ə yaxın qəbir abidəsi müəyyən edilib. Aşkar olunan qəbir daşları və üzərindəki alban xaç təsvirləri abidənin qədim xristian irsinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını göstərir.

Bu barədə NTV AMEA Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, nekropolda arxeoloji qazıntı işlərindən öncə ölçü işləri aparılıb, reperlər təyin edilib və qazıntı sahəsi müvafiq zonaları və kvadratlara bölünüb. Nekropoldakı qəbirlərin dəqiq sayını və onların tutduğu arealı müəyyən etmək məqsədilə ərazinin üst torpaq örtüyü relyefdən asılı olaraq 20-40 santimetr qalınlığında götürülüb. Bunun nəticəsində xeyli sayda yeni qəbirlər (əsasən uşaq qəbirləri) müəyyən edilib, beləliklə, qəbirlərin ümumi sayı hələlik 500-ə yaxın olub. Torpaq işlərinin digər kvadratlarda tamamlanması prosesinin sonunda bu qəbirlərin sayında artım istisna edilmir.

Nekropolun qəbirlərində vahid istiqamət prinsipi gözlənilir. Əksər qəbirlər cənub-qərb – şimal-şərq istiqamətində salınıb. Qəbir daşları üzərində işlənmə izləri və əlamətləri yoxdur. Daşların böyük əksəriyyəti təbii qaya, dağ daşlarıdır. Bəzi qəbir daşları qranit cinslidir. Çox az sayda baş və sinə daşlarının səthi kobud formada hamarlanıb. Belə daşların üzərində əsasən cızma üsulu ilə alban xaçları təsvir edilib. Xaç təsvirlərinə müxtəlif formalarda rast gəlinir. Yanları qabartmalı lotos gülü formasında həkk edilmiş xaç təsvirləri daha çox üstünlüyə malikdir. Onların sayı az olsa da, alban dövrü xristian simvollarının müəyyən edilməsi baxımından əhəmiyyət daşıyır. Tərtibatı və özünəməxsus təsvir xüsusiyyətlərinə görə alban xaç daşları dövrün memarlığının, incəsənətinin və dini simvolikasının üzvi sintezini yaradıb. Alban xaç daşları haqqında elmi tədqiqatlar alban xristian abidələrinin tarixini arxeoloji və memarlıq baxımından tədqiq etməyə, xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir.

Növbəti mərhələdə qəbirlərin açılması, dəfn adətlərinin tədqiq edilməsi, insan qalıqları üzərində antropoloji tədqiqatların aparılması və s. işlər planlaşdırılır.

İlkin tədqiqatlar onu deməyə əsas verir ki, nekropolda dəfnlər az sayda xristianlıqdan əvvəlki mərhələyə, daha çox dəfnlər isə xristianlığın qəbulundan sonrakı mərhələyə aiddir. Təxmin etmək olar ki, xristianlığın qəbulundan sonrakı 4-5 əsr ərzində nekropolda dəfnlər ardıcıl olaraq icra edilib.

Nekropolda arxeoloji tədqiqatlar davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM