satellite   Azerspace-1: 11135 H 30000

Məktəb direktoru vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi davam edir - FOTOLAR

Məktəb direktoru vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi davam edir<font color=red> - FOTOLAR</font> Məktəb direktoru vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi davam edir<font color=red> - FOTOLAR</font> Məktəb direktoru vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi davam edir<font color=red> - FOTOLAR</font> Məktəb direktoru vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi davam edir<font color=red> - FOTOLAR</font>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir.

İdarədən NTV-yə bildirilib ki, müsahibələrdə müvafiq komissiyalar tərəfindən namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, sosial və emosional bacarıqları qiymətləndirilir.

Müsahibə nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Xatırladaq ki, iyunun 29-dan iyulun 8-dək aparılan ərizə qəbulu mərhələsinin nəticələrinə əsasən, 109 namizəd BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM