Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi qəbul imtahanında maksimum nəticə göstərib - VİDEO

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul 2022-ci il tarixində keçirilən qəbul imtahanlarının nəticələri elan olunub. Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nərmin Vəliyeva qəbul imtahanında I ixtisas qrupu üzrə maksimal 400 bal toplayaraq muxtar respublika birincisi olub. Bu münasibətlə Nərmin Vəliyeva ilə təhsil aldığı məktəbdə görüş keçirilib.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Novruz Məmmədov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM