AMEA Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyi qeyd olunub - FOTOLAR

AMEA Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyi qeyd olunub<font color=red> - FOTOLAR</font> AMEA Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyi qeyd olunub<font color=red> - FOTOLAR</font> AMEA Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyi qeyd olunub<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılmasından 20 il ötür. Bu münasibətlə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzüb, ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Heydər Əliyev Muzeyini ziyarət edən kollektiv ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub.  

Daha sonra bölmənin 20 illik fəaliyyətini əks etdirən sərgiyə baxış olub.

Tədbir rəsmi hissə ilə davam edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasında elmin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanı ilə təltif olunub. Emin Məmmədov Fəxri Fərmanı bölmənin sədri, akademik İsmayıl Hacıyevə təqdim edib.

Emin Məmmədov qeyd edib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasında elmin sistemli inkişafı, Naxçıvan tarixi ilə bağlı elmi tədqiqatların aparılması zərurətə çevrilmiş məsələlərdən biri idi. Ümummilli lider Heydər Əliyevin 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi Sərəncam imzalaması ilə muxtar respublikanın elmi mühiti mərkəzləşib, sistemli və davamlı inkişaf  mərhələsinə qədəm qoyulub. 

Diqqətə çatdırılıb ki, dövlət elm siyasətinin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 23 avqust tarixli Fərmanı ilə Elm, Texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikasının Mükafatlar Komissiyası yaradılıb. Emin Məmmədov onu da vurğulayıb ki, ötən dövr ərzində dövlət qayğısı ilə elmi əhəmiyyətli əsərlər və memarlıq layihələrinin xüsusi mükafatlara layiq görülməsi ənənəyə çevrilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 4 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu təsis edilib. Bugünədək Bilik Fondunun dəstəyi ilə muxtar respublikada çoxlu sayda kitab və jurnallar nəşr edilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada elmi tərəqqidə, müasir elmi nəticələrin əldə olunmasında, alimlərin elmi-tədqiqat layihələrinin uğurlu tətbiqində, gənc alimlərin formalaşmasında, elm və təhsilin inkişafı istiqamətində yeni bir mərhələ təşkil etməyə başlayıb.

20 illik fəaliyyəti dövründə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi bir çox elmi nailiyyətlər əldə edib, vacib elmi araşdırmalarla məşğul olub. Muxtar respublika üçün mühüm istiqamətlər üzrə tədqiqatların aparılmasına diqqət artırılıb, yüksək elmi əhəmiyyətli kitab və monoqrafiyalar hazırlanıb.

Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin yaradılması, ötən 20 illik fəaliyyəti dövründə əldə olunan mühüm elmi nailiyyətlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində 6 elmi-tədqiqat  müəssisəsi fəaliyyət göstərir. Hazırda Naxçıvan Bölməsində 2 nəfər AMEA-nın həqiqi üzvü, 4 müxbir üzv, 5 elmlər doktoru, 51 fəlsəfə doktoru olmaqla ümumilikdə 92 elmi işçi tədqiqatla məşğuldur. Elmi əməkdaşlardan 47 nəfərin professor və dosent adı vardır. Cari ilin birinci yarısında 3 nəfər elmlər doktoru, 1 nəfər fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə edib.

Hər bir elmi müəssisənin, elmi işçinin fəaliyyətinin əsas göstəricisinin yazdığı tədqiqat əsərlərində əksini tapdığını bildirən bölmənin sədri diqqətə çatdırıb ki, bölmənin fəaliyyəti dövründə əməkdaşların 10 min 849 əsəri, o cümlədən 260 monoqrafiyası, 240 kitabı nəşr olunub.  49-u kitab və monoqrafiya olmaqla, ümumilikdə 2309 əsər xaricdə çap olunub. Elmi məqalələrdən 358-i elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap edilib. Bölmə əməkdaşları bugünədək 37 patent alıb, 4-ü beynəlxalq olmaqla 23 qrand layihəsində qalib olublar.

İsmayıl Hacıyev Naxçıvan Bölməsinin beynəlxalq əlaqələri, əməkdaşlıq etdiyi elm və təhsil müəssisələri, aparılan ekspedisiyaların müvəffəq nəticələri, habelə elmdən istehsala prinsipi əsasında görülən işlər, istehsal olunan məhsullar haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Akademik elmlə təhsilin inteqrasiyası ilə bağlı bölmənin fəaliyyətindən də söz açıb, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin onlayn formatda çıxışı dinlənilib. AMEA Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyi münasibətilə təbriklərini çatdıran akademik bölmənin yaradılmasını Azərbaycan elminin inkişafında mühüm əhəmiyyətə malik olan hadisə kimi qiymətləndirib.

Naxıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bölmənin elmi nailiyyətlərindən, təhsil müəssisələri ilə qurulan sıx əməkdaşlıqdan ətraflı danışıb. Qeyd edilib ki, şagirdlərin bilik səviyyələrini yüksəltməklə yanaşı, onların elmə, təhsilə olan marağının yüksəldilməsində interaktiv dərslərin və bölmə əməkdaşlarının iştirakı ilə aparılan tədrisin əhəmiyyəti böyükdür.

Rəhman Məmmədov onu da diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən bölmənin elmi dərəcəsi olan əmək­daş­ları­nın muxtar respubli­kanın ümum­təhsil məktəblərin­dəki nümunəvi dərslərdə iştira­kının qra­fiki hazırlan­ıb və hə­ya­­ta keçiril­ib. “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhə­rinin ümumtəhsil mək­təblərinin­ şagirdləri bölmə alimləri tərəfindən tədqiqatlara cəlb edilib və uğur­lu nəticələr əldə olunub.

Tədbirdə Bioresurslar İnstitutunun baş direktoru İsmayıl Məmmədovun, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyevin və Təbii Ehtiyatlar İnstitutunun şöbə müdiri, gənc alim Elton İbrahimovun da çıxışları dilənilib.

Səmərəli fəaliyyətinə görə AMEA Naxçıvan Bölməsinin bir qrup əməkdaşı bölmənin fəxri fərmanı ilə təltif edilib.

Sonda bölmənin 20 illik fəaliyyətinə həsr olunan filmə baxış olub.

Ərhan Novruzov

Xəbər lenti
Çox oxunan xəbərlər