satellite   Azerspace-1: 11135 H 30000

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün 600-ə yaxın namizəd qeydiyyatdan keçib

 Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün 600-ə yaxın namizəd qeydiyyatdan keçib

Rezidenturaya qəbul imtahanının II mərhələsi üçün qeydiyyat avqustun 11-dək davam edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 14:25-ə olan məlumata görə, 562 nəfər (Azərbaycan bölməsi – 471, rus bölməsi - 91) qeydiyyatdan keçib.

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 11 avqust saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”in hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM