satellite   Azerspace-1: 11135 H 30000

DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib

DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir.

Dövlət İmtahan Mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən xəbərə görə, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 300 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər avqustun 10-dan 13 avqust saat 18:00-dək Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM