satellite   Azerspace-1: 11135 H 30000

“Abituriyent” jurnalının subbakalavrlar üçün xüsusi buraxılışı nəşr edilib

“Abituriyent” jurnalının subbakalavrlar üçün xüsusi buraxılışı nəşr edilib

Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili pilləsi üzrə subbakalavr peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib.

Mərkəzdən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, xüsusi buraxılışda “2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli” və digər faydalı məlumatlar təqdim olunub.

Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM