Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya komissiyasına avqustun 24-25-də apelyasiya.dim.gov.az saytı vasitəsilə müraciət edə bilərlər.
