satellite   Azerspace-1: 11135 H 30000

Rezidenturaya qəbul üçün müalicə işi, pediatriya istiqaməti üzrə 429 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb

Rezidenturaya qəbul üçün müalicə işi, pediatriya istiqaməti üzrə 429 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının II mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında statistik məlumatı təqdim edib.

DİM-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, müalicə işi, pediatriya istiqaməti (Hərbi tibb fakültəsinin məzunları nəzərə alınmayıb) üzrə minimal bal 50, maksimal bal 89, namizədlərin sayı 429-dur.

Xatırladaq ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 25-dən 30-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq əsas (baza ali) tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər. Qəbul aparılan ixtisaslar “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM