satellite   Azerspace-1: 11135 H 30000

Qəbul imtahanlarında muxtar respublikanın hansı məktəbləri yüksək nəticə göstərib? - VİDEO

Son illər muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm işlər görülüb. Yaradılan müasir şəraitin nəticəsində tədrisin keyfiyyəti yüksəlib, istedadlı şagirdlərin sayı artıb. Bu il də gənclərimiz buraxılış və qəbul imtahanlarında uğurlu nəticələr göstəriblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 2021-2022-ci tədris ilində keçirilən imtahanlarda 250-300 arası bal toplayan məzunların sayı ötən illə müqayisədə 50 faiz, 200-700 intervalında bal toplayan abituriyentlərin sayı 87 faiz, 600-700 intervalında bal toplayan şagirdlərin sayı isə 17 nəfər artıq olub. 254 məzun 500-700 intervalında bal toplayıb. Tədrisdə və buraxılış imtahanlarında əldə etdikləri nəticələrə görə məzunlardan 105-i təhsili xüsusi nailiyyətlə başa vurub. Bunlardan 19-u qızıl, 22-si gümüş nişana, 64-ü fərqlənmə attestatına layiq görülüb. Muxtar respublikada bir sıra məktəblər var ki, onlar xüsusilə bu tədris ilini uğurla başa vurub, qəbul imtahanlarında yüksək nəticələr göstəriblər.

Naxçıvan televiziyasının əməkdaşları qəbul imtahanlarında yüksək nəticə göstərən təhsil ocaqları ilə bağlı videomaterial hazırlayıblar. 

Naxçıvan televiziyası İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM