satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin ikinci Günəş tutulması başlayıb

Bu ilin ikinci Günəş tutulması başlayıb

Bu ilin ikinci Günəş tutulması başlayıb.

BDU-nun Astrofizika kafedrasından Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, bu tutulma qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59-da başlayacaq və 16:30-da sona çatacaq. Tutulmanın maksimumu 15:17-də olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM