satellite   Azerspace-1: 11135 H 30000

“Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdacaq

“Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdacaq

“Artemis I” Ay missiyası çərçivəsində orbitə göndərilmiş “Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) məlumat yayıb.

Məlumatda “Orion”un dekabrın 11-də San-Diyeqo yaxınlığında Sakit okeana enəcəyi bildirilir.

Noyabrın 16-da NASA “Artemis” proqramının birinci mərhələsi çərçivəsində “Orion” kosmik gəmisi ilə birlikdə “Space Launch System” ifrat ağır daşıyıcı raketi orbitə buraxıb. Proqramın ikinci mərhələsi (Artemis 2) göyərtəsində ekipajın olduğu “Orion” kosmik gəmisinin Ay üzərindən uçuşunu, üçüncü (Artemis 3) mərhələsi astronavtların Aya enişini və müntəzəm insan missiyalarını əhatə edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM