satellite   Azerspace-1: 11135 H 30000

Kimya-Biologiya Təmayüllü Liseyin şagirdləri profilaktik müayinələrə cəlb edilib - FOTOLAR

Kimya-Biologiya Təmayüllü Liseyin şagirdləri profilaktik müayinələrə cəlb edilib<font color=red> - FOTOLAR</font> Kimya-Biologiya Təmayüllü Liseyin şagirdləri profilaktik müayinələrə cəlb edilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq iş planına əsasən ümumtəhsil məktəblərində profilaktik müayinələr davam etdirilir. Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, növbəti tibbi müayinələr Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin şagirdləri arasında aparılıb.

Noyabrın 1-dən start verilən tibbi müayinələrin məqsədi müvafiq xəstəliklərin erkən diaqnostikası və onun qarşısının alınmasından ibarətdir. Bu məqsədlə qrafikə uyğun olaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarındakı ümumtəhsil məktəblərində müayinələr aparılır. Mərkəzi Uşaq Xəstəxanasının apardığı tibbi müayinələr başlandığı gündən indiyədək 13 minə yaxın yeniyetmə yoxlanılıb.

Bu gün isə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin yuxarı sinif şagirdləri profilaktik müayinələrə cəlb olunub. Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının əməkdaşları yeniyetmələri tibbi müayinələrdən keçiriblər.

Qeyd edək ki, ildə 2 dəfə aparılan profilaktik müayinə zamanı gizli xəstəliklər vaxtında aşkar olunur, ehtiyac yarandıqda yeniyetmələr ətraflı müayinə üçün stasionara cəlb edilirlər. Tibbi müayinələr dekabrın sonunadək muxtar respublikanın bütün ümumtəhsil məktəblərində davam etdiriləcək.

Sevda Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM