satellite   Azerspace-1: 11135 H 30000

Bu günədək 12 mindən çox tələbə təhsil krediti alıb

Bu günədək 12 mindən çox tələbə təhsil krediti alıb

Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı gündən bu günə qədər olan statistikanı açıqlayıb.

Fonddan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, bu günə qədər 21 min 8 tələbə kredit almaq üçün müraciət edib.

Onlardan 1165 nəfərin müraciəti natamam olub, 1217 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 5 min 248 nəfərin müraciətinə imtina cavabı verilib, 695 nəfərin müraciəti isə banka yönləndirilib.

Ümumilikdə 12 min 683 nəfərə təhsil tələbə krediti verilib. Onların arasından 4 min 724 nəfərin müraciəti sosial, 7 min 959 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM