satellite   Azerspace-1: 11135 H 30000

Diaqnostik qiymətləndirilməsi aparılan direktor və direktor müavinlərinin maaşları artırılıb

Diaqnostik qiymətləndirilməsi aparılan direktor və direktor müavinlərinin maaşları artırılıb

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxemi və məbləğləri, vəzifə maaşlarına əlavələrin məbləğləri dəyişib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 879 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 791 manat müəyyən edilib.

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyən edilmişdi. Bu Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM