satellite   Azerspace-1: 11135 H 30000

Ali məktəblərə və kolleclərə ərizə qəbulu sona yaxınlaşır

Ali məktəblərə və kolleclərə ərizə qəbulu sona yaxınlaşır

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) ərizə qəbulu martın 15-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, martın 13-ü saat 12:15-ə olan məlumata əsasən, 88 min 472 abituriyent öz ərizəsini təsdiq edib

İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) istifadəçi adı və parolu ilə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlər DİM-in saytında (Tələbə qəbulu haqqında elan Ali TM) yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM