satellite   Azerspace-1: 11135 H 30000

"Naxçıvan" Universiteti beynəlxalq əlaqələrini daha da genişləndirir - FOTOLAR

"Naxçıvan" Universiteti beynəlxalq əlaqələrini daha da genişləndirir<font color=red> - FOTOLAR</font> "Naxçıvan" Universiteti beynəlxalq əlaqələrini daha da genişləndirir<font color=red> - FOTOLAR</font>

"Naxçıvan" Universiteti ilə Litvanın Mikolos Romeris Universiteti arasında qarşılıqlı əməkdaşlıq imkanları genişləndirilir.

Universitetin İctimaiyyətlə əlaqələr sektorundan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, bu məqsədlə ali təhsil müəssisəsinin rektoru Anar Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Litvanın Mikolos Romeris Universitetinə səfəri baş tutub. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə birgə qərarlar qəbul edilib. "Naxçıvan" Universitetinin beynəlmiləlləşmə strateji hədəflərinə uyğun olaraq tələbə və müəllim mübadiləsi yerinə yetirmək, birgə konfrans və təlimlərin təşkili razılaşdırılıb. Eyni zamanda iki universitet arasında ikili diplom proqramının işlənib hazırlanmasına qərar verilib.

"Naxçıvan" Universiteti rektorunun dəvətini qəbul edən Litva Universiteti rektoru professor İnqa Zaleniene yaxın zamanda əməkdaşlıq haqqında razılaşma imzalamaq məqsədilə universitetə səfər edəcəyini bildirib. 

Səfər Avropa Komissiyasının maliyyələşdirdiyi Bakı Biznes Universitetinin koordinatoru olduğu ECAR layihəsi çərçivəsində baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM