satellite   Azerspace-1: 11135 H 30000

Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb

Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb

Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” müvafiq qərarına əsasən beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 17 mart, bayramdan sonra ilk iş günü 27 martdır.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 18 mart, bayramdan sonra ilk iş günü 25 mart tarixləridir: "Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM