satellite   Azerspace-1: 11135 H 30000

DİM sədri buraxılış imtahanlarının məzmunu ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib

DİM sədri buraxılış imtahanlarının məzmunu ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə son günlər ictimaiyyət arasında müzakirə olunan buraxılış imtahanlarının məzmunu və mürəkkəbliyi məsələsinə aydınlıq gətirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, o, buraxılış imtahanlarında istifadə olunan bütün test tapşırıqlarının ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlandığını və müvafiq fənlər üzrə təhsil proqramı -kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət etdiyini bildirib.

“İmtahanda istifadə olunan hər bir tapşırığın, hər bir sualın məqsədi var. Bütün bunlar bəlli standartlar üzrə bilik və bacarıqları yoxlamaq üçündür. Hər bir tapşırığın konkret olaraq hansı standartı yoxlamağa xidmət etdiyini də göstərə bilərik”, - sədr deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM