satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Universitetinin Kimya-Biologiya Təmayüllü Liseyinə qəbul imtahanının nəticələri açıqlanıb

Naxçıvan Dövlət Universitetinin Kimya-Biologiya Təmayüllü Liseyinə qəbul imtahanının nəticələri açıqlanıb

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Kimya-Biologiya Təmayüllü Liseyinə qəbul imtahanının nəticələri açıqlanıb.

Nəticələrə əsasən, imtahanda iştirak edən 406 şagirddən ən yüksək göstəriciyə sahib olan 30 nəfər qız, 32 nəfər oğlan olmaqla ümumilikdə 62 namizəd liseyə qəbul olub.

İmtahan nəticələrini öyrənmək üçün Naxçıvan Dövlət Universitetinin saytına, yaxud da https://netice.ndu.edu.az/ linkinə daxil olub iş nömrəsini yazmaqla həm imtahan nəticələrini həm də şagirdin yazdığı cavab kağızının qrafik təsvirini görə bilərsiniz.

Əlavə olaraq şagirdlər imtahan nəticələrini və yerlərini öyrənmək üçün Naxçıvan Dövlət Universitetinin Kimya-Biologiya Təmayüllü Liseyinə (əlaqə nömrəsi: 0365505016) müraciət edə bilərlər.

Xatırladaq ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində  keçirilən imtahanda ümumtəhsil müəssisələrinin 7-ci sinfini bitirən şagirdlər iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM