satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatında daha 4 medal qazanıblar

Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatında daha 4 medal qazanıblar

Azərbaycanın yeniyetmə taekvondoçuları Antalyada keçirilən Türkiyə açıq çempionatında daha 4 medal qazanıblar.

Naxçıvan televiziyası xəbər verir ki, yığmanın heyətində Hüseyn Abbaslı (148 sm) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Yalnız finalda uduzan Murad Canəliyev (152 sm), Novruz Əliyev (168 sm) və Çingiz Həsənov (172 sm) ikinci yeri tutublar.

Bununla da baş məşqçisi Rəşad Məmmədovla böyük məşqçi Vurğun Cəfərovun rəhbərlik etdiyi komanda Türkiyə açıq çempionatını 2 qızıl, 3 gümüş, 1 bürünc medalla başa vurub.

Yarışın ilk günündə Məryəm Cəfərova (152 sm) birinci, Gülay Əliyeva (160 sm) isə üçüncü yeri tutub.

Qeyd edək ki, çempionatda Azərbaycanın böyüklərdən ibarət millisi də iştirak edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM