satellite   Azerspace-1: 11135 H 30000

Qrizmann Çempionlar Liqasında öz göstəricisini yaxşılaşdırıb

Qrizmann Çempionlar Liqasında öz göstəricisini yaxşılaşdırıb

İspaniyanın "Atletiko" klubunun futbolçusu Antuan Qrizmann UEFA Çempionlar Liqasında (ÇL) 25 fərqli komandaya qol vurub.

Naxçıvan televiziyası xəbər verir ki, fransalı hücumçu 1/8 final mərhələsinin İtaliya "İnter"i ilə cavab görüşündə (2:1) fərqlənərək öz göstəricisini yaxşılaşdırıb.

Bu baxımdan o, həmyerliləri arasında yalnız Kərim Benzemadan geri qalır. İspaniyanın "Real" komandasının sabiq forvardı 34 fərqli klubu məyus etməklə fransızlar arasında rekordçudur.

Qeyd edək ki, Antuan Qrizmann "Atletiko"nun heyətində bu mövsüm 37 oyunda 19 qol vurub, 7 məhsuldar ötürmə verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM