satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada “Bayer” klubuna qarşı əzmkar mübarizə aparan “Qarabağ” Vətənə qayıdıb

Almaniyada “Bayer” klubuna qarşı əzmkar mübarizə aparan “Qarabağ” Vətənə qayıdıb

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyada “Bayer” klubuna qarşı əzmkar mübarizə aparan “Qarabağ” Vətənə qayıdıb.

Naxçıvan televiziyası xəbər verir ki, komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və futbolçuların yaxınları qarşılayıblar.

37 oyundur məğlub olmayan Leverkuzen təmsilçisinə 2:3 hesabı ilə uduzan Ağdam klubunun qollarını Abdullah Zubir və Olavio Juninyo vurublar.

Qeyd edək ki, evdəki ilk matçda "Bayer" ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM