satellite   Azerspace-1: 11135 H 30000

UEFA Merih Demiralı cəzalandırıb

UEFA Merih Demiralı cəzalandırıb

AVRO-2024-ün 1/8 final mərhələsində Avstriya ilə matçda Türkiyə millisinin qollarını vuran Merih Demiral "bozqurd" işarəsi göstərərək sevincini qeyd edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu hərəkətə görə UEFA-nın araşdırma başlatdığı milli futbolçunun cəzası müəyyənləşib. Bu barədə Avropa futbol qurumu məlumat yayıb.

Bildirilib ki, türkiyəli futbolçu ümumi davranış prinsiplərinə zidd hərəkət etdiyi, əsas nəzakət qaydalarını pozduğu üçün 2 oyunluq diskvalifikasiya edilib.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. UEFA futbolçunun bu hərəkətinə görə araşdırmaya başlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM