satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın U-18 millisinin heyətində dəyişiklik edilib

Azərbaycanın U-18 millisinin heyətində dəyişiklik edilib

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik edilib.

Naxçıvan televiziyası AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Məmmədov (“Neftçi”) və Şahismayıl Cəfərli (“Qarabağ”) zədə səbəbindən bu gün başlayan təlim-məşq toplanışına qatılmayıblar.

Onların əvəzinə İbrahim Babayev (“Zirə”) və İsa Hüseynov (“Şamaxı”) komandaya qoşulublar.

Qeyd edək ki, U-18 dekabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM