satellite   Azerspace-1: 11135 H 30000

"Barselona" Robert Levandovski ilə bağlı qərarını verib

"Barselona" Robert Levandovski ilə bağlı qərarını verib

İspaniyanın "Barselona" klubunun rəhbərliyi Robert Levandovskinin gələcəyi ilə bağlı qərar qəbul edib.

Naxçıvan televiziyası "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya klubu növbəti mövsümdə də 36 yaşlı hücumçuya güvənəcək.

Onunla yanaşı, müdafiəçi İniqo Martines də komandada qalacaq.

Polşalı futbolçu bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 18 matçda iştirak edib, 20 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 15 milyon avro göstərilib.

Qeyd edək ki, "Barselona" İspaniya La Liqasının turnir cədvəlində 14 turdan sonra 34 xalla birinci yerdə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM