satellite   Azerspace-1: 11135 H 30000

Avropa Liqası: Fransa klubunun Bakıdakı açıq məşqinin vaxtı bəlli olub

Avropa Liqası: Fransa klubunun Bakıdakı açıq məşqinin vaxtı bəlli olub

Fransa təmsilçisi "Lion"un Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçından əvvəl mətbuat konfransının və açıq məşqinin vaxtı bəlli olub.

Naxçıvan televiziyası Azərbaycan çempionunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaq komandanın baş məşqçisi Pyer Saqenin mətbuat konfransı noyabrın 27-də, saat 17:45-də başlayacaq.

Liqa 1 klubunun açıq məşqi isə saat 18:30-da start götürəcək.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 13:00-a təyin edilib. Bu tədbirlər Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Saat 16:45-də "köhlən atlar"ın açıq məşqi “Azərsun Arena”da reallaşacaq.

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək matçı saat 21:45-də start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM