satellite   Azerspace-1: 11135 H 30000

London klubunun futbolçusu ən azı bir il yaşıl meydanlardan kənarda qalacaq

London klubunun futbolçusu ən azı bir il yaşıl meydanlardan kənarda qalacaq

İngiltərənin "Vest Hem" klubunun yol qəzasına düşən futbolçusu Maykl Antonio ən azı bir il yaşıl meydanlardan kənarda qalacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Ayağından əməliyyat olunan 34 yaşlı hücumçunun cari mövsüm meydana çıxmayacağı dəqiqdir. Onun reabilitasiyası ilə məşğul olan həkimlərin proqnozlarına əsasən, oyunçunun sağalma müddəti bir ildir.

Maykl Antonionun karyerasını bitirmək ehtimalı da var.

Qeyd edək ki, Maykl Antonio dekabrın 7-də qəzaya düşüb. O, cari mövsüm London təmsilçisinin heyətində 14 oyun keçirib və 1 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM