satellite   Azerspace-1: 11135 H 30000

Avropa çempionatı: Yunanıstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb

Avropa çempionatı: Yunanıstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb

Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin V qrupu çərçivəsində keçiriləcək Yunanıstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından Naxçıvan televiziyası-a verilən məlumata görə, Afinada baş tutacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Trayan Ençevə Kaloyan Kirilov və İvan İvanov kömək edəcəklər. Almaniyalı Sven Ekler isə hakim-inspektor kimi fəaliyyət göstərəcək.

DAİS İdman Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM