Kişi voleybolçuların Yüksək Liqasında üçüncü yer uğrunda mübarizəyə start verilib.
NTV xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Neftçi” və “Xilasedici” komandaları bürünc medal üçün ilk oyuna çıxıb. Gərgin mübarizədə keçən görüşdə “Xilasedici” 3:0 hesabı ilə qələbə qazanıb. Bu komandaların ikinci oyunu aprelin 21-də keçiriləcək.
Qeyd edək ki, reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.