satellite   Azerspace-1: 11135 H 30000

Messi futbol tarixində yeni rekorda imza atıb

Messi futbol tarixində yeni rekorda imza atıb

ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi karyerasında 875 qol vuraraq tarixi rekorda imza atıb.

 

NTV-nin "Goal"a istinadən məlumatına görə, futbolçu "Los Angeles Galaxy" ilə MLS çempionatının matçında fərqlənib.

Argentinalı hücumçu bu nailiyyəti tarixdə hamıdan tez - 1116 matçda əldə edib. Messi həm də bu uğura imza atan ən gənc futbolçu olub.

"Barselona"nın tərkibində Messi onqat İspaniya çempionu, yeddi dəfə İspaniya kubokunun qalibi olub, həmçinin dörd dəfə Çempionlar Liqasının qalibi adını qazanıb. Ümumilikdə o, kataloniyalıların tərkibində bütün turnirlərdə 778 oyun keçirib, 672 qol vurub. Bundan əlavə, Messi 8 dəfə “Qızıl top” sahibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM