satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan MR DİN-in əməkdaşları Türkiyədə medal qazanıblar

Naxçıvan MR DİN-in əməkdaşları Türkiyədə medal qazanıblar

NTV xəbər verir ki, Türkiyənin Artvin vilayətinin Şavşat rayonunda “Veliköy Qarüstü Qaraqucaq Güləşi Festivalı” keçirilib. Şavşat rayonuna bağlı Veliköy kəndində 300 illik ənənəyə malik qarüstü qaraqucaq güləşi bu il 29-cu dəfə beynəlxalq yarış formatında təşkil olunub.

Festivalda Azərbaycan və Gürcüstanla yanaşı, Türkiyənin Ərzurum, Amasya, İstanbul, Tokat, Samsun və Artvin vilayətlərindən ümumilikdə 149 idmançı 12 çəki dərəcəsi üzrə mübarizə aparıb. Qar örtüyü ilə örtülmüş meydançada keçirilən yarışlar tamaşaçıların böyük marağına səbəb olub.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da yarışda uğurla çıxış ediblər. Belə ki, Hüseyn Rzayev 85 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb. Digər əməkdaş Kəramət Xudiyev isə 90 kiloqram çəki dərəcəsində bürünc medala layiq görülüb.

Qeyd edək ki, qarüstü qaraqucaq güləşi bölgənin qədim idman ənənələrindən biri olmaqla yanaşı, beynəlxalq səviyyədə dostluq və idman əməkdaşlığının möhkəmlənməsinə də töhfə verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM