satellite   Azerspace-1: 11135 H 30000

Messi cərimə zərbələrindən vurulan qol sayında Peleyə çatıb

Messi cərimə zərbələrindən vurulan qol sayında Peleyə çatıb

ABŞ-nin “İnter Mayami” klubunun kapitanı Lionel Messi cərimə zərbələrindən vurulan qolların sayına görə Braziliya millisinin sabiq futbolçusu Peleyə çatıb.

NTV xəbər verir ki, argentinalı hücumçu buna MLS-in müntəzəm mövsümünün II turunun “Orlando Siti” ilə səfər matçında nail olub.

Matçda dubl edən ulduz futbolçu 2-ci qolu standart vəziyyətdən vurub. Bununla da Messi cərimə zərbəsindən vurduğu qolların sayını 70-ə çatdırıb. Argentina millisinin kapitanı hazırda bu göstəricidə yalnız braziliyalı veteran yarımmüdafiəçi Juninyo Pernambukanodan (77 qol) geri qalır.

Qeyd edək ki, “Orlando Siti”-“İnter Mayami” oyunu qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM