satellite   Azerspace-1: 11135 H 30000

Futbol üzrə Azərbaycan millisi bu gün Malta ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün Malta ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.

NTV xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Malta yığması ilə qarşılaşacaq.

Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçı macarıstanlı baş hakim Mixali Kaprali idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu iyunun 9-da San Marinoya qarşı keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM