satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Futbol üzrə Türkiyə millisi dünya çempionatı öncəsi sonuncu yoxlama oyununu keçirib.

NTV xəbər verir ki, “ay-ulduzlular” Venesuela yığması ilə qarşılaşıb. Mayamidə baş tutan matçda Vinçenzo Montellanın başçılıq etdiyi Türkiyə seçməsi 2:1 hesablı qələbə qazanıb. Qalib komandanın heyətində qolları Barış Alpər Yılmaz və Yunus Akgün vurublar. Hər iki qolun ötürməsini Arda Gülər edib. Venesuela yığmasında isə Qleyker Mendosa fərqlənib.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Türkiyə millisi mundialda ABŞ, Paraqvay və Avstraliya ilə birlikdə D qrupunda yer alıb. Komanda ilk matçını iyunun 14-də Avstraliya yığmasına qarşı keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM