Fransa millisinin futbolçusu İbrahim Konate karyerasını İspaniyada davam etdirəcək.
NTV xarici mətbuata istinadla xəbər verir ki, ötən mövsümün sonunda İngiltərə “Liverpul”undan ayrılan 27 yaşlı müdafiəçi “Real Madrid”lə müqavilə imzalayıb. Sözləşmə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Konate Madrid təmsilçisinə iyulun 1-də azad agent kimi qoşulacaq.
Futbolçu hazırda milli komandanın düşərgəsindədir və iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına hazırlığını davam etdirir.
