satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama oyununa çıxacaq.

NTV xəbər verir ki, U-21 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Sav” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Qeyd edək ki, millimiz iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM