satellite   Azerspace-1: 11135 H 30000

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Bu gün Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.

NTV xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan kollektiv səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq.

Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan baş hakim Teona Sturua idarə edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, son tur öncəsi qrupda Macarıstan 13 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM