satellite   Azerspace-1: 11135 H 30000

Avropa Liqası: “Qarabağ”ın rəqibinin Bakıya səfər planı bəlli olub

Avropa Liqası: “Qarabağ”ın rəqibinin Bakıya səfər planı bəlli olub

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaq Bolqarıstanın MOİK komandasının Bakıya səfər planı bəlli olub.

NTV klubun rəsmi saytına istinadən xəbər verir ki, Sofiya təmsilçisi iyulun 22-si səhər saatlarında Azərbaycana yola düşəcək.

Saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda MOİK-in baş məşqçisi Xristo Yanevin mətbuat konfransı, yarım saat sonra isə komandanın açıq məşqi olacaq.

Qeyd edək ki, iyulun 23-də mərkəzi arenada keçiriləcək “Qarabağ” – MOİK görüşü saat 20:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM