Bu gün Türkiyənin İstanbul şəhərində boks üzrə IBA Prezident Kuboku start götürəcək.
Azərbaycan Boks Federasiyasından NTV-yə verilən məlumata görə, yarışda millimizin heyətində Bilalhəbaşi Nəzərov (50 kiloqram), Tural Sarıyev, Nicat Hüseynov (hər ikisi 52 kiloqram), Amin Məmmədzadə (55 kiloqram), Məhəmmədəli Aşırəliyev, Tayfur Əliyev (hər ikisi 60 kiloqram), Malik Həsənov, Zaur Qəhrəmanov (hər ikisi 65 kiloqram), Sərxan Əliyev (70 kiloqram) və Seyid Seyidov (85 kiloqram) mübarizə aparacaqlar.
Qaliblərin adına dekabrın 4-də aydınlıq gələcək.
İstanbulda Fuad Aslanovla Rövşən Qədirov Azərbaycanı hakim kimi təmsil edəcəklər.
