“Araz-Naxçıvan” futzal klubu növbəti transferini reallaşdırıb

“Araz-Naxçıvan” futzal klubu növbəti transferini reallaşdırıb

“Araz-Naxçıvan” futzal klubu növbəti transferini reallaşdırıb.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkə çempionu De Moura Joze Eduardo ilə ortaq məxrəcə gəlib. Son klubu vətənində AEU olan braziliyalının ampluası müdafiəçidir. İyirmi altı yaşlı futzalçı ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM