satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları müəyyənləşib

Dünya çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları müəyyənləşib

İyulun 28-də Bolqarıstanın Sofiya şəhərində start götürəcək yeniyetmələr arasında dünya çempionatında ölkəmizi təmsil edəcək taekvondoçular müəyyənləşib.

Federasiyadan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, 4 gün davam edəcək dünya birinciliyində 17 (10 oğlan və 7 qız) taekvondoçumuz medallar uğrunda mübarizə aparacaqlar.

Baş məşqçi Elnur Amanov və böyük məşqçi Vurğun Cəfərov Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Əbdülsübhan Dadaşov (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənova (65 kq yuxarı) etimad göstəriblər.

Yeniyetmə qızlardan isə Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq) və Fatimə Həsənova (51 kq) birincilik uğrunda mübarizə aparacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM